“Blinken Pelosinin səhvini düzəltmək üçün İlham Əliyevə zəng edib” – Amerikalı ekspert 

Hazırda oxunan: “Blinken Pelosinin səhvini düzəltmək üçün İlham Əliyevə zəng edib” – Amerikalı ekspert 

94586

Xəbər verdiyimiz kimi, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana qalmaqallı səfəri fonunda bu ölkənin dövlət katibi Antoni Blinken bu gecə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. 

Telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub. 
Bir sıra ekspert dairələri isə Blinkenin Azərbaycan liderinə zəng etməsini məhz Nensi Pelosinin İrəvan səfəri ilə əlaqələndirib. Belə ki, məşhur amerikalı ekspert Lyuk Koffi məsələyə özünəməxsus tərzdə şərh verib.  

O, “Twitter” hesabında Antoni Blinkenin Azərbaycan Prezidenti ilə telefon söhbəti barədə paylaşımına bu sözləri yazıb: 

“Blinken Pelosinin “zibilini təmizləməyə” çalışır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin