“Pelosinin Ermənistana səfərinin əsl məqsədi İrandır” – Erməni analitik

Hazırda oxunan: “Pelosinin Ermənistana səfərinin əsl məqsədi İrandır” – Erməni analitik

94509

Nensi Pelosinin Ermənistana səfərinin əsl məqsədi İranı tam blokadaya almaq və erməniləri İran əleyhinə qaldırmaqdır.

Bizim.Media xəbər verir ki, bu barədə erməni analitik Arqişti Kiviryan öz Facebook səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Nensi Pelosinin İrəvan səfərində korrupsiya izi


“Nensi Pelosi Qafesçyan İncəsənət Mərkəzinə getdi, Avarayr döyüşünü əks etdirən rəsmin qarşısında dayandı və ermənilərin farslara qarşı müharibəsindən danışmağa başladı. Birbaşa mətnlə beyinsizlərə sadəcə demək istəyirəm ki, o, əslində Ermənistana niyə gəlib və səfərinin məqsədləri nədir? Hədəf İran, İranın tam blokadaya alınması və ermənilərin anti-İran cəbhəsinə cəlb olunmasıdır”, – deyə o bildirib. 

Analitik daha sonra bunları qeyd edib:

“İran öz ordusunu Ermənistan sərhədinə gətirdi, amma bu siyasi axmaqlar Nensi Pelosinin ayaqlarından asılı qaldılar və ona “Ay, bizim misilsiz xilaskarımız!” dedilər. Qulaq asın, başı xarablar. Bu regionda yalnız gücə və güc təhdidinə hörmətlə yanaşılır. Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə tarixən və faktiki təhlükə yaradan cəmi iki dövlət var: onlardan biri Rusiya, ikincisi isə İrandır. 

Odur ki, rəsmi Bakı Moskva və Tehranın fikri ilə razılaşır. Başqa heç bir dövlətə əhəmiyyət vermir, hətta enerji baxımından ondan asılı olanlara da.
 

Məhz bu baxımdan Bakı yaxşı bilir ki, Qərb ona qarşı heç vaxt ciddi addımlar atmayacaq. İndi isə Rusiya-Ukrayna müharibəsi nəticəsində Qərbin alternativ enerji mənbələrinə ciddi ehtiyacı olduğu bir vaxtda ABŞ Bakını ciddi şəkildə təhdid etməyə qadirdirmi?


Bunu nəyə görə edəcəklər? Ermənilər naminə öz maraqlarına zidd gedəcəklər? Sonra İranın niyə daha aktiv olmadığına təəccüb edirsiniz. İndi ermənilər onun ən qatı düşməni olan ABŞ-a ümid bağlayıbsa, o, necə fəal ola bilər? Qlobal nöqteyi-nəzərdən Tehranın Ermənistanda hətta kəskin addımlar atacağı təqdirdə əməkdaşlıq edə biləcəyi tərəfdaşı belə yoxdur...”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin