10 Noyabrda imzalanan üçtərəfli sazişə əsasən erməni tərəfi Qarabağ və ətraf 7 rayondan başqa Qazaxın Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri, Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndi də Azərbaycana qaytarmalıdır.
Naxçıvanın işğalda olan Kərki kəndində yaşayan ermənilər kəndin Azərbaycana qaytarılması üçün hazırlıqların getdiyi haqqında məlumat yayıblar. Bu haqda Ermənistanın "Yerkramas” saytında yazı dərc olunub.
Hərbi ekspert Ədalət Verdiyev Bizim.Media-ya açıqlamasında bu barədə hələ ki, heç bir rəsmi məlumatın olmadığını bildirib.
MÖVZU İLƏ BAĞLI:
Hərbi ekspert: Təxribatın məsuliyyəti rus sülhməramlılarının üzərinə düşür
Lakin o, Azərbaycanın 90-cı illərdə mövcud olan bütün sərhədlərinin bərpa olunması istiqamətində aktiv işlərin davam etdiyini deyib:
“Biz bunun Qubadlı və Zəngilanda da şahidi olduq. Lakin Qazaxın kəndləri, Kərki, o cümlədən də Qazaxa daxil olan, anklavda yerləşən ərazilərin azad edilməsi ilə bağl rəsmi məlumatlar olmasa da, bu ərazilərin boşaldılması həmin o prosesin tərkib hissəsidir. Yaxın günlərdə bu ərazilər mütləq şəkildə boşaldılmalıdır.
Çünki istənilən halda tərəflər danışığa gedib atəşkəs elan olunması barədə bəyanat imzalayıblar. Bu barədə bəlli razılaşmalar var.
Sülh müqaviləsinin də Azərbaycanın tarixi torpaqlarının və sərhədlərinin bərpa olunmadan imzalanması qeyri mümkündür. Bu da planlı şəkildə ardıcıl olaraq həyata keçirilir”,- deyə ekspert qeyd edib.
Görünür, Ermənilər mövcud olan və olmayan yollara əl ataraq, bu prosesi ya unutdurmaq, ya da gecikdirmək istəyirlər.
Lakin sonunda torpaqları qaytarmağa məcbur olduqlarını görüb, hər zaman olduğu kimi ətraflarında səs-küy yaradıb, dünyanı özlərinə acıtmaq istəyirlər.
Vüsalə Balayeva, Bizim.Media