60 siyasi partiyadan 22-si Ermənistanın təxribatlarını pisləyən bəyanat QƏBUL EDİB – SİYAHI 

Hazırda oxunan: 60 siyasi partiyadan 22-si Ermənistanın təxribatlarını pisləyən bəyanat QƏBUL EDİB – SİYAHI 

94201

Xəbər verdiyimiz kimi, sentyabrın 13-ü gecə saatlarında Ermənsitan ordusunun sərhəddə törətdiyi təxribat bölgədə irimiqyaslı toqquşmaların baş verməsinə səbəb olub. Ordumuzun cavab tədbirləri nəticəsində Ermənistan tərəfi ciddi itkilər verərək, geri oturdulub.

Baş verən hadisələr fonunda Azərbaycan cəmiyyətində ordunun cavab tədbirlərinə ciddi dəstək verilib. Ölkənin ictimai-siyasi sferasının da bu yöndə tutduqları mövqe hökumətin atdığı addımlarla eynilik təşkil edib.
Bunun nəticəsidir ki, bir çox siyasi partiyalar də, Orduya və Dövlətə dəstəklərini ifadə edən bəyanatlarla çıxış ediblər.

Bizim.Media həmin partiyaların siyahısını təqdim edir:

1. Azərbaycan Milli İstiqlal Partiyası

2. Yeni Yol Partiyası

3. Ana Vətən Partiyası

4. Vətəndaş Həmrəylili Partiyası

5. Ağ Partiya

6. Azərbaycan Kommunist Partiyası

7. Sosial Rifah Partiyası

8. Vəhdət Partiyası

9. Azərbaycan Liberal Demokrat Partiyası

10. Azərbaycan Xalq Partiyası

11. Müasir Müsavat Partiyası

12. Demokratik İslahatlar Partiyası

13. Ədalət Partiyası

14. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 

15. Milli Dirçəliş Hərəkatı Partiyası

16. Böyük Azərbaycan Partiyası 

17. Milli Cəbhə Partiyası

18. Gələcək Azərbaycan Partiyası

19. Haqq-Ədalət Partiyası

20. Azərbaycan Yüksəliş Partiyası

21. Azad Vətən Partiyası

22. Ümid Partiyası

Qeyd edək ki, siyahıda adları olmayan bir neçə partiya da Ermənistan təxribatını pisləyən bəyanatlarla çıxış etməsələr də, sədr və ya funksionerləri səviyyəsində bu yöndə açıqlamalar veriblər.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin