“Təəssüflər olsun ki, Ermənistan sentyabrın 13-də Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törədib. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıb”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən Sammitində çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Prezident Zəngəzur dəhlizinin nəqliyyat imkanlarından DANIŞDI
“Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə dövlət başçısı əlavə edib.
Bizim.Media