Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri TELEFONLA DANIŞDI

Hazırda oxunan: Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri TELEFONLA DANIŞDI

94048

Sentyabrın 15-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, General-polkovnik K.Vəliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşması və Azərbaycan Ordusunun bölmələrinin qətiyyətli cavab tədbirləri barədə həmkarını məlumatlandırıb.

Ordu generalı Y.Güler isə öz növbəsində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızla bağlı başsağlığı verib və yaralılara şəfa diləyib.

Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin