Ermənistanda müharibə çağırışları - VOMA yeni terroristlər TOPLAYIR

Hazırda oxunan: Ermənistanda müharibə çağırışları - VOMA yeni terroristlər TOPLAYIR

94017

Ermənistanda terrorçular hazırlamaq, onlara hərbi təlimlər keçmək məqsədilə yaradılan VOMA təşkilatı yenidən müharibə çağırışlarına başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə terror təşkilatının yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, erməni diasporu və Ermənistandan VOMA-ya qoşulmaq üçün çoxlu müraciətlər gəlməyə başlayıb.

Təşkilatın açıqlamasında deyilir:

“Əgər siz Ermənistan-Azərbaycan sərhədində baş verənlərə biganə deyilsinizsə və ölkəmizin müdafiəsində iştirak etmək istəyirsinizsə, biz sizi İrəvanda gözləyirik. Buraya məşq etmək, hərbi bacarıqlar əldə etmək və təkmilləşdirmək üçün gəldiyinizi başa düşmək və dərk etməyiniz vacibdir. Hərbi xidmət keçmiş və ya hərbi ixtisası olan həmvətənlərimizin iştirakı xoşdur”.

VOMA sərhəddəki toqquşmaların ardından son saatlarda müşahidə olunan sakitlikdən narahat olduqlarını da ifadə ediblər:

“Aydın deyil, niyə hamı sevinərək xəbər verir ki, sərhəddə sakitlikdir. Bu sakitlik nəyə lazımdır? Yəni düşmən hücuma keçib, öldürüb, bizi rüsvay edib və siz sevinirsiniz ki, bir müddət daha bizi qırmayacaq? Həyatınızın mənası sülhdürsə, Ermənistandan cəhənnəm olub gedin. Bizə qisas və milyonlarla türkün  ölümü lazımdır”.

Məlumat üçün bildirək ki, VOMA terror təşkilatı 44 günlük Vətən Müharibəsi dönəmində də xaricdən Qarabağa döyüşmək üçün gələn ermənilərə təlimlər keçib. Təşkilat müharibə başa çatdıqdan sonra da öz fəaliyyətlərinə davam edir.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin