Leyla Abdullayevadan Hindistan XİN-in açıqlamasına CAVAB 

Hazırda oxunan: Leyla Abdullayevadan Hindistan XİN-in açıqlamasına CAVAB 

93810

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Hindistan XİN-in bölgədə baş vermiş gərginliklə bağlı açıqlamasını şərh edib.  

Bizim.Media xəbər verir ki, Leyla Abdullayeva yerli KİV-in sualına cavab olaraq bildirib ki, Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibinin bölgədəki son gərginliklə bağlı şərhində konkret təcavüzkarın kim olduğu bəlli deyil.  

“Açıqlamada təcavüzkarın kim olduğu bəlli olduğu təqdirdə bu məsələ tərəfimizdən şərh edilə bilər”, - o bildirib.  

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.  
Bununla bağlı Hindistan XİN sözçüsü Şri Arindam Bağçi “Biz təcavüzkar tərəfi hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq”, - deyə açıqlama verib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin