SEÇİM ANI - Paşinyan sabah Şanxay Sammitinə gələcəkmi?

Hazırda oxunan: SEÇİM ANI - Paşinyan sabah Şanxay Sammitinə gələcəkmi?

93755

Sabah Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. İki gün davam edəcək sammitdə 14 ölkə liderinin iştirakı gözlənilir. Sammitə Türkiyə, Azərbaycan və Ermənistan liderlərinin dəvət olunması tədbirə marağı xeyli artırır.

Çünki, bu 3 ölkə ŞƏT-in üzvü deyil. Ona görə də indiki vaxtda hər 3 ölkənin bu mötəbər sammitə dəvət alması regionun böyük hadisələrə hamilə olmasına dəlalət edir. 

Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacağı təqdirdə Avrasiyada yeni nəqliyyat dəhlizinin yaranmasına ciddi əsaslar verəcək. Həm Avropa, həm də Asiya üçün olduqca cəlbedici olan Zəngərzur dəhlizi təbii ki, ŞƏT üzvləri üçün də çox maraqlıdır. Ona görə də qurum hər 3 ölkəni sammitə dəvət etməklə həm sülh sazişinin imzalanmasını sürətləndirmək, həm də ki, Zəngəzur dəhlizinin daha tez fəaliyyətə başlamasına öz töhvələrini vermək istəyir.

Lakin 12 sentyabrda sərhəd bölgələrində ermənilərin törətdiyi təxribat göstərdi ki, bəzi qüvvələr Azərbaycanla Ermənistan liderlərinin Səmərqənddə bir araya gəlməsini istəmir. Çünki, istənilən görüş irəliyə-sülhə doğru bir addımdır. Nə yazıq ki, bəzi dövlətlər hələ də Cənubi Qafqazda davalı sülhün olmasını istəmir. Ona görə də həmin dövlətlər Sammitöncəsi erməniləri təxribata sövq etdilər.
 

MÖVZU İLƏ BAĞLI:

Putin və Makron telefon danışığı zamanı Paşinyana nə deyiblər? – BU SON HƏDDİR


Politoloq Fərhad Məmmədov Bizim.Media-ya açıqlamasında bəzi ölkələrin bu görüşün baş tutmasını istəmədiyini bildirdi: 

“Şanxay sammitində Rusiya lideri Azərbaycan və Ermənistan liderləri ilə Brüssel görüşündən sonra bir arada olmaq istəyirdi. Lakin, Fransa və Ermənistan bu görüşün baş tutmasını istəmir. Çünki, bu görüşdə konkret qərarlar qəbul edilməli idi. Ona görə də Fransa Ermənistana “qaz verərək” sentyabrın 12-də iri miqyası təxribatları həyata keçirtməyə vadar etdi. Və yəqin ki, bu təxribata görə Fransa Ermənistana nələrsə boyun olub. Bu dəstək daha çox BMT səviyyəsində gözlənilir. Çünki, hazırda quruma Fransa sədrlik edir”. 

Fərhad Məmmədov onu da əlavə etdi ki, Şanxay görüşündə iştirakını Azərbaycan və Rusiya dövləti rəsmən təsdiqləyib. 

“Orada Azərbaycanın da Rusiyaya konkret iradları olacaq ki, son 2 ildə Ermənistan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Və Rusiya da buna reaksiya verməlidir. Çünki, 10 noyabr bəyannaməsindən sonra Azərbaycan prezidenti İlham Əliyev tərəf kimi yalnız Rusiyanı tanıdığını bəyan etmişdi”.

Paşinyanın Şanxay sammitinə qatılmamasını istəməyən dövlətlərdən biri də təbii ki, ABŞ-dır. Çünki, ŞƏT əsasən iqtisadi əməkdaşlıq blokudur.

Və blokda ABŞ-ın rəqibləri Çin və Rusiya da var. Bu 2 ölkənin hansısa iqtisadi layihədə iştirakını isə Vaşinqton qətiyyən istəmir. Türkiyə, Azərbaycan və Ermənistanın ŞƏT-in sammitində iştirakı da Zəngəzur dəhlizinin daha tez müddətdə istifadəyə verilməsinə hesablanmış bir addımdır. Ona görə 12 sentyabr təxribatlarında ABŞ-ın “barmağı” sezilir.

Səmərqənd görüşünün ləğvində İran da maraqlı tərəfdir. Çünki, İran hər zaman və açıq şəkildə Zəngəzur dəhlizinin onlar üçün “qırmızı xətt” olduğunu söyləyib. Təsadüfi deyil ki, 12 sentyabr təxribatından sonra ermənilər üçün ən çox canfəşanlıq edənlər də məhz İran rəsmiləri oldu.


Elə isə ŞƏT-in Səmərqəndə sabah başlayacaq sammitində Ermənistanın baş naziri Nikol Paşinyanı görə biləcəyikmi?  Rəsmi İrəvan bu barədə hələlik susur. Amma Paşinyan bu sammitə getməsə Putinlə çox ciddi problem yaşamaq zorunda qalacaq. Ona görə də gəlin tələsməyək, sabahı gözləyək...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin