Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix elmləri namizədi, politoloq Anton Bredixin Ermənistan ordusunun dünən gecədən etibarən Azərbaycana qarşı yönəltdiyi təxribatla bağlı Bizim.Media-ya açıqlama verib.
Ekspert bildirib k, Ruben Vardanyanın timsalında Rusiya Ermənistanın xəyanətini heç vaxt bağışlamayacaq:
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın təxribatı Daşkəsən, Kəlbəcər və Laçında toqquşmaya səbəb olub – MN
“Həm Rusiyadakı erməni diasporu, həm də ümumilikdə ermənilər üçün əhəmiyyətli və ciddi fiqur olan Ruben Vardanyanın Rusiyadakı tərəfdaşlarında olan sərvətləri onların nəzarətində qalmayacaq, çünki Rusiya belə bir xəyanəti bağışlamayacaq. Vardanyanın hazırda Qarabağda olması və bu günlərdə regionda vəziyyətin pisləşməsi, bizə Vardanyanın pul gücünə Ermənistandakı bəzi hərbi-siyasi qüvvələri də öz tərəfinə çəkə biləcəyindən xəbər verir. Əslində isə o, Qərbə maneəsiz çıxış əldə etmək üçün Rusiya vətəndaşlığından imtina edib”.
Politoloq açıqlaması zamanı Paşinyanın son davranışlarına da toxuunub və onun siyasi portretini təsvir edib.
O bildirib ki, Paşinyan Rusiya qoşunlarını Ermənistandan çıxmasını və əvəzində NATO qoşunlarının ölkəsinə yerləşməsini arzu edir:
“Bu baxımdan Ermənistanın Qərb vektoru ilə oynamasını, xüsusilə də Paşinyanın Makron və Blinkenə zəng vurmasını nəzərə alsaq görərik ki, bununla o, faktiki olaraq NATO qoşunlarını Ermənistan ərazisinə dəvət edir. Bütün bunlar Vardanyan kimilərin köməyi ilə baş verir.
Paşinyan əl dəyişmək qərarına gəlib, amma cəzası ağır olacaq. Əslində Rusiyada varlanıb sonra bu ölkəyə xəyanət edib qaçan insanlar bizim hədəfimizdən yayınacaqlarını düşünməsinlər. Harada olsalar belə cəzalarını alacaqlar. O cümlədən bu gün Qrabağda manipulyasiya ilə məşğul olan Vardanyan da bilməlidir ki, Qərbin xoşuna gəlmək üçün icra etdiyi sifarişlər bir gün onun axırına çıxacaq”, - deyə ekspert fikirlərini yekunlaşdırıb.
Leyla Şah, Bizim.Media