Ceyhun Bayramovla Lavrov son vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Hazırda oxunan: Ceyhun Bayramovla Lavrov son vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

93645

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, telefon danışığı zamanı bölgədə baş vermiş toqquşmalar və gərginlik müzakirə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

XİN-də xarici diplomatlar üçün BRİFİNQ KEÇİRİLDİ


Ceyhun Bayramov bölgədə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində yaranmış son vəziyyət, habelə təcavüzün qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.

Ermənistanın son ay ərzində mütəmadi olaraq mövqelərimizi atəşə tutması, ərazilərimizin minalanması işini davam etdirməsi, üçtərəfli bəyanatlara zidd olaraq erməni silahlı birləşmələrini ərazilərimizdən tam olaraq çıxarmadığı vurğulanıb.
Sergey Lavrov bölgədə qarşıdurmaya yol verilməməsinin zəruri olduğunu, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların tam şəkildə icrasının əhəmiyyətini diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin