ATƏT sərhəddəki gərginliklə bağlı tərəflərə ÇAĞIRIŞ ETDİ

Hazırda oxunan: ATƏT sərhəddəki gərginliklə bağlı tərəflərə ÇAĞIRIŞ ETDİ

93642

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və ATƏT Baş katibi Mariya Helqa Şmid Ermənistan-Azərbaycan sərhədi boyunca baş vermiş silahlı qarşıdurmalarla əlaqədar tərəfləri təcili atəşkəsə çağırıb.

Bizim.Media xəbər verir ki, onlar bununla bağlı birgə bəyanat yayıblar.

“Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatların eskalasiyası dərhal dayandırılmalıdır. Diplomatik yolla indiyə qədər əldə edilmiş tərəqqi boşa getməməlidir”, - Rau bildirib.

O vurğulayıb ki, son 18 ay ərzində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi istiqamətində işi davam etdirmək barədə razılıq da daxil olmaqla, müxtəlif irəliləyişlər olub.
Lakin, bu toqquşmalar əldə edilən tərəqqiyə təhlükə yaradır və saysız-hesabsız insan həyatını təhlükə altına qoyur.

Mariya Helq Şmid isə qeyd edib ki, ATƏT onilliklərin təcrübəsinə əsaslanaraq tərəflərə sülhün bərqərar olunması istiqamətində kömək etməyə hazırdır.

“Biz hamımız regionda davamlı sülh və firavanlığa nail olmaq kimi birgə məqsədi bölüşürük”, - Şmid bildirib, - deyə bəyanatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin