Leyla Əliyevanın təşəbbüsü ilə bu tələbələrə TƏQAÜD VERİLƏCƏK

Hazırda oxunan: Leyla Əliyevanın təşəbbüsü ilə bu tələbələrə TƏQAÜD VERİLƏCƏK

93631

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycandan olan 15 tələbə RAGB-nin “AMOR Əlaçı Təqaüdü” müsabiqəsinin qalibləri siyahısına daxil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə RAGB-in mətbuat xidməti məlumat yayıb.

Rusiya Azərbaycanlı Gənclər Birliyi artıq dördüncü ildir ki, Rusiya universitetlərində təhsil alan tələbələrə maliyyə dəstəyi verir.

Xatırladaq ki, 2019-cu ildən bəri “AMOR Əlaçı Təqaüdü”nü 46 tələbə qazanıb. Rusiya universitetlərinin bakalavr və ya magistr proqramları üzrə əyani təhsil alan azərbaycanlı əlaçılar bu təqaüdə müraciət edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin