"Ermənistan-Azərbaycan arasında vasitəçi kimi fəaliyyət göstərməyə sadiqik" - Aİ 

Hazırda oxunan: "Ermənistan-Azərbaycan arasında vasitəçi kimi fəaliyyət göstərməyə sadiqik" - Aİ 

93582

“Son saatlarda Ermənistan və Azərbaycan sərhədində ciddi döyüşlər gedir, insan tələfatı qeydə alınır. Döyüş əməliyyatlarının dayandırılması və danışıqlar masasına qayıdışın olması mütləqdir. Bütün qüvvələr bu gərginlikdən əvvəl tutduğu mövqelərə qayıtmalı və atəşkəs rejiminə tam riayət edilməlidir”. 

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib. 

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel hər iki ölkənin liderləri ilə əlaqə saxlayır və mən bu gün müvafiq xarici işlər nazirləri ilə danışıram:

Aİ bütün xalqların mənafeyi naminə təhlükəsiz, firavan və sülh içində olan Cənubi Qafqazın ümumi məqsədinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında vicdanlı vasitəçi kimi fəaliyyət göstərməyə davam etməyə sadiqdir.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin