“Ermənistan tərəfi beynəlxalq hüquqa əməl etmir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb.
O bildirib ki, bu, həm də üçtərəfli bəyanatların şərtlərinin pozulmasıdır: “Həmçinin təxribatlar davam edən normallaşma prosesinə ziddir. Provokasiyalar Azərbaycanın yenidənqurma işlərinə mane olur”.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:41 / 13.09.2022
"Ermənistan beynəlxalq hüququ pozur" - XİN
Hazırda oxunan: "Ermənistan beynəlxalq hüququ pozur" - XİN
Hazırda oxunan: "Ermənistan beynəlxalq hüququ pozur" - XİN
93578
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.