“Mediamız düşmənin məkrli planlarına alət olmamalıdr” – Əflatun Amaşovdan XƏBƏRDARLIQ 

Hazırda oxunan: “Mediamız düşmənin məkrli planlarına alət olmamalıdr” – Əflatun Amaşovdan XƏBƏRDARLIQ 

93510

“Azərbaycan Mətbuat Şurası Azərbaycan mediasının Ermənistan-Azərbaycan dövlət sərhəddində yaşanan gərginliklə bağlı məsələləri işıqlandırmasını diqqətdə saxlamaqdadır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov öz açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın təxribatı Daşkəsən, Kəlbəcər və Laçında toqquşmaya səbəb olub – MN 


Onun sözlərinə görə, Müdafiə Nazirliyi də öz növbəsində cəmiyyətin məlumatlandırılmasını kifayət qədər operativ şəkildə həyata keçirməkdədir:

“Qurum Ermənistan KİV-ləri və sosial media seqmenti tərəfindən dövriyyəyə buraxılan dezinformasiyalara dərhal reaksiya verir. Bu, cəmiyyətimizin yanlış məlumatlandırılmasının qarşısının alınması baxımından son dərəcə mühüm hərəkətlilikdir. Müdafiə Nazirliyi ölkə KİV-lərinə və sosial şəbəkə istifadəçilərinə də müraciət ünvanlayaraq rəsmi mənbələrə istinadın mütləq zəruriliyini diqqətə çatdırıb. İnformasiya bolluğu şəraitində Azərbaycan mediası üçün işləmək də asan olacaq”.

Ə.Amaşov həmçinin cəbhədə vəziyyətin yenidən gərginləşdiyi gündə dezinformasiyalara inanmamağı və yalnız rəsmi mənbələri izləyib, istinad verməyin əhəmiyyətini diqqətə çatdırıb:

“Hər bir halda ehtiyatı əldən verməmək, düşmənin məkrli planlarına bilməyərəkdən olsa belə alət olmamaq şərtdir. Hesab edirik ki, Azərbaycan jurnalistləri bunu yetərincə ciddi dərk edir. Bir daha həmkarlarımızı həssas davranmağa, yalnız rəsmi mənbələrə istinad etməyə, habelə əldə olunmuş bilgilərin informasiya dəyərini yoxlamağa çağırırıq. Unutmayaq ki, ölkə və xalq üçün müstəsna əhəmiyyət kəsb edən vəziyyətlərdə hər kəsin öz işinə məsuliyyətlə yanaşması ümumi maraqlara ən ali xidmət nümunəsidir”. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin