Türkiyəli general: “Azərbaycan bu dəfəki təxribatların min qatı ilə əvəzini çıxacaq” - ÖZƏL

Hazırda oxunan: Türkiyəli general: “Azərbaycan bu dəfəki təxribatların min qatı ilə əvəzini çıxacaq” - ÖZƏL

93490

“Ermənistan Silahlı Qüvvələri tərəfindən, Azərbaycan torpaqlarında, Azərbaycana qarşı bir çox provikasiyalar, təxribatlara cəhdlər olmuşdur. Bu gün yaşananlar gözlənilən idi. Təxminən son bir ayda Erməni Silahlı Qüvvələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə qarşı bu təxribatları daha çox görürdük”. 

Bu fikirləri Bizim.Media-ya hazırda yaşanan prosesləri şərh edərkən Türkiyənin ehtiyyatda olan generalı Yücel Karauz səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırıb 


General bildirib ki, Azərbaycan Ordusu bu dəfəki təxribatlara artıqlaması ilə cavab verəcək:

“10 noyabr 2020-ci il tarixində imzalanan sənədə əsasən, daha doğrusu Ermənistanın təslimolma sənədinə imza atıldığı vaxt demişdik ki, bu, uzun və incə bir yoldur. Bu gün də Ermənistan atəşkəsin şərtlərini yerinə yetirməyərək, sülhə gedən yolda təxribatlar yaratmağa davam edir. Xüsusən Azərbaycanı təcavüzkar göstərərək, beynəlxalq aləmdə Azərbaycanı çətin vəziyyətdə qoymağı hədəfləyir.  Bunu etməkdə məqsədi beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə hədəflənib. Göstərməyə çalışırlar ki, vəziyyət sabit deyil. Mesaj verirlər ki, bizi qoruyun. Digər tərəfdən iqtisadi yüksəlişə əngəl olmaq istəyirlər.

Həmçinin ərazidə yaşayan ermənilərə motivasiya xarakteri də daşıyır, deyə bilərik. Bununla paralel olaraq da zaman qarşı da oynayırlar. Bu hərəkətləri 1988-ci ildən bu yana göstərdikləri münasibətin davamından başqa bir şey deyildir”, deyə general qeyd edib. 


O həmçinin əlavə edib ki, bu dəfə heç bir qüvvə Azərbaycan reallıqlarının qarşısını kəsə bilməyəcək:

“Azərbaycan dövləti hər zaman olduğu kimi misli ilə cavab verməlidir. Azərbaycan torpaqlarına, Azərbaycan əsgərinə, Azərbaycan əhalisinə qarşı gələn atışlara min qatı ilə cavab verməlidir. Bununla paralel olaraq sakit və təmkinli davranmalıdır və belə də edir. ABŞ-ı, Fransanı, Aİ-ni müzakirələrə soxmağa çalışacaqlar. Lakin Azərbaycanında səbri daşmaqdadır. Ağıllarını başlarına yığmalıdırlar. Bu dəfə heç bir atəşkəs, heç bir ermənistan qardaşları Azərbaycanın reallıqları qarşına keçə bilməyəcəklər”.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin