Sahibə Qafarova Tacikistan prezidenti ilə görüşdü - FOTO

Hazırda oxunan: Sahibə Qafarova Tacikistan prezidenti ilə görüşdü - FOTO

93444

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Düşənbədə Tacikistan  Prezidenti Emoməli Rəhmonla görüşüb.

Milli Məclisdən Bizim.Media-ya verilən məlumata görə, Tacikistan Prezidenti Emoməli Rəhmon Sahibə Qafarovanı salamlayaraq deyib ki, onun ölkəsi Azərbaycanla səmimi, dolğun və konstruktiv dövlətlərarası münasibətləri yüksək qiymətləndirir və bu münasibətlərin daha da möhkəmlənməsinə xüsusi diqqət yetirir.

O, xalqlarımız arasındakı dostluq və əməkdaşlıq ənənələrindən, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqdan, parlamentlərarası əlaqələrdən, iqtisadi, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsindən danışıb.

Onun sözlərinə görə, bu gün Tacikistan-Azərbaycan əməkdaşlıq əlaqələri bir çox istiqamətlərdə inkişaf edir.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan parlament nümayəndə heyətinə göstərilən yüksək səviyyəli münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Tacikistan Respublikasının Prezidentinə çatdırıb.

Parlamentin sədri Azərbaycan və Tacikistanın qanunvericilik orqanları arasında əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirərək, bu istiqamətdə atılan addımlar barədə məlumat verib.

Sahibə Qafarova Tacikistan Prezidentinə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsinin yaradılması, Şəbəkənin Bakıda keçirilən birinci konfransı barədə ətraflı məlumat verib.

Tacikistan Prezidenti Emoməli Rəhmon azərbaycanlı həmkarı İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirərək, onun da salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdən sonra Sahibə Qafarova Tacikistan kütləvi informasiya vasitələrinə müsahibə verib. Spiker bu ölkədə keçirdiyi görüşlər, Azərbaycanla Tacikistan arasında münasibətlər, parlamentlərarası əməkdaşlıq və digər mövzular barədə jurnalistlərin suallarını cavablandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin