3 aydan sonra Azərbaycan Vəkillər Kollegiyasına sədr seçkisi keçirilməlidir. Həmin quruma sədr ikipilləli seçki əsasında keçirilir. İlk olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri seçilir. Sonra isə onlar öz aralarından VK sədrini seçirlər. Bu fonda təkliflər səslənir ki, kollegiya sədrinin birbaşa seçki ilə seçilməsi daha məqbuldur.
Mövzu ilə bağlı Bizim.Media-nın sualına cavabında vəkil İradə Cavadova bildirir ki, ikipilləli seçki əslində formal xarakter daşıyır:
“Sədrin ikipilləli sistemlə seçilməsi hazırda əslində formal xarakter daşıyır. Yəni buna gerçək seçki kmi baxmıram. Formal xarakter daşıdığından sədr seçkisi prosesinin ikipilləli olmasında hər hansı bir problem görmürəm. Proses belə olmalıdır, ikipilləli”.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə VK sədrinin birbaşa seçkilə seçilməsində hər hansı bir problem görmür:
“Bu mümkündür. Proses VK üzvlərinin səlahiyyətinə daxildir. Onlar sədri birbaşa da, eyni zamanda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq da seçə bilərlər. Bu artıq onların öz işidir və qanunvericiliklə bağlı məsələdir. Dəyişiklik ediləcəksə, şübhəsiz ki, VK sədrini birbaşa seçəcəklər”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:00 / 13.09.2022
Ölkənin baş vəkili yenidən seçiləcək, amma necə? – Ekspertlərin RƏYİ
Hazırda oxunan: Ölkənin baş vəkili yenidən seçiləcək, amma necə? – Ekspertlərin RƏYİ
Hazırda oxunan: Ölkənin baş vəkili yenidən seçiləcək, amma necə? – Ekspertlərin RƏYİ
93406
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.