TBMM Sədri Mustafa Şəntop Gəncədədir

Hazırda oxunan: TBMM Sədri Mustafa Şəntop Gəncədədir

932

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir. Bizim.Media-nın  məlumatına görə, səfərin məqsədi   Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində baş verən cinayətin izləri ilə tanış olmaqdır. Türkiyə nümayəndə heyətinin üzvləri hadisə baş verən ərazidə olublar. Dağıntılarla yerindəcə tanış olan Mustafa Şəntop sakinlərlə də  görüşüb.

TBMM sədrinə  Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlər, uşaqlara   yönəldilən təcavüzkar siyasət barədə ətraflı məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin