Cavad Zərif Bakıda nəyi müzakirə edəcək? – Deputat bəzi məqamları açıqladı

Hazırda oxunan: Cavad Zərif Bakıda nəyi müzakirə edəcək? – Deputat bəzi məqamları açıqladı

9313

Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 24-də Azərbaycana səfər edəcək.

Onun gəlişinin əsas məqsədi nədən ibarətdir? Bakıda o, həmkarı ilə hansı məsələləri müzakirə edəcək? 

Bu və ya digər sullara cavab almaq üçün Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə ilə əlaqə saxladıq.
 

MÖVZU İLƏ BAĞLI:

Zərif Azərbaycana gəlir - İranın Qarabağdakı maraqları


O, Bizim.Media-ya açıqlamasında dedi ki, İran Qarabağın bərpasında iştirak etmək və dəstək göstərmək istədiyini bəyan etdiyinə görə yəqin ki, müzakirələr bu istiqamətdə olacaq:

“Bununla yanaşı Tehran yol, infrastruktur və kommunikasiya işlərində iştirak etmək üçün də məsələ qaldıracaq. Həmçinin Xudafərin Su Elektrik Stansiyası ilə bağlı da rəsmi Tehranla sazişimiz var. Torpaqlar azad olunandan sonra bu istiqamətdə də müəyyən işlər görülməlidir”.

Deputat Baydenin prezident kimi hakimiyyətə gəlməsindən sonra İran üçün hansı narahatçılıqlar qalır sualına da fikir bildirib:

“Mənə elə gəlir ki, yaxın müddətdə Bayden adminstrasiyası yenidən İranla nüvə silahları ilə bağlı sazişin bərpa olunması istiqamətində iş aparacaq. Vaşinqton Tehrana qarşı mövcud sanksiyaları ləğv edə bilər. Düşünürəm ki, İranın heç bir narahatlığı yoxdur”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin