Şarl Mişel Azərbaycanın 5 erməni hərbçisini təhvil verməsini alqışlayıb

Hazırda oxunan: Şarl Mişel Azərbaycanın 5 erməni hərbçisini təhvil verməsini alqışlayıb

92884

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfinin 5 erməni hərbçisini qarşı tərəfə təhvil verməsini təqdir edib.

Bizim.Media xəbər verir ki, Aİ Şurasının Prezidenti bu barədə “Twitter“də bildirib.

“Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra daha beş erməni hərbçinin Bakı tərəfindən azad edilməsini alqışlayıram. İlk dəfədir ki, təhvil ikitərəfli qaydada həyata keçirilib - bu həm Azərbaycan, həm də Ermənistan üçün etibar deməkdir. Bütün həll edilməmiş humanitar məsələlərin həlli əsas prioritetdir”, - deyə Mişel vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin