ABŞ Azərbaycanın 5 erməni hərbçisinin qarşı tərəfə təhvil verməsini alqışlayır

Hazırda oxunan: ABŞ Azərbaycanın 5 erməni hərbçisinin qarşı tərəfə təhvil verməsini alqışlayır

92852

ABŞ Dövlət Departamenti Azərbaycanın 5 erməni hərbçisinin Ermənistana təhvil verməsini alqışlayır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays “Twitter“də bildirib.

“Biz erməni hərbçilərin evlərinə qayıtması ilə bağlı xəbərləri alqışlayırıq, bu Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət haldır. Ümid edirik ki, qalan bütün saxlanılanlar da tezliklə öz evlərinə qayıdacaqlar və Azərbaycan, Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcək”, - deyə mətbuat katibi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin