Ermənilər Azərbaycanı yenidən MÜHARİBƏYƏ cəlb etmək istəyir – “Tezliklə cavabı olacaq”

Hazırda oxunan: Ermənilər Azərbaycanı yenidən MÜHARİBƏYƏ cəlb etmək istəyir – “Tezliklə cavabı olacaq”

92731

Son günlər Azərbaycan-Ermənistan sərhədində yenidən silah səsləri eşidilməyə başlayıb. Ermənistan silahlı qüvvələri növbəti dəfə dincliyi pozub. Başverənlərin fonunda növbəti antiterror əməliyyatının gözlənildiyi barədə söz-söhbətlər gəzir. 

Ermənilərin ciddi-cəhdlə Azərbaycanı provokasiyaya cəlb etməsinin cavabı nə ola bilər? 

Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Ermənistan tərəfindən son günlər həyata keçirilən intensiv atəşkəs pozuntuları Azərbaycan tərəfini məcbur edir ki, düşməni susdurmaq üçün daha təsirli və adekvat addımlara əl atsın: 

“İlk növbədə həm Qarabağ ərazisindən, həm də sərhəddə düşmənin atəş açan məntəqələrini darmadağın etməliyik. Ora əsgərlərimizi yerləşdirməli, bayrağımızı qaldırmalıyıq. Bəlkə bundan sonra ermənilər atəşkəsin pozulmasının hansı nəticələrə gətirib çıxara biləcəyini anlayarlar.
Digər tərəfədən, Bakı birgə bəyanatın şərtlərinə uyğun olaraq erməni silahlılarının tam tərkibdə çıxarılmasına da nail olmalıdır. Bu silahlıların oradan çıxarılması Ermənistanda mövcud olan revanşist qüvvələrə də ibrət dərsi ola bilər. Proses ləngidikcə, münaqişənin bitməsində maraqlı olmayan dövlətlərin verdikləri dəstək bəyanatları fonunda erməni silahlılarının aktivləşməsi gözlənilən idi, amma tezliklə cavabı olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin