“O, nəinki vəzifəsindən azad olunmalıdır, ayağından asılmalıdır”x9d

Hazırda oxunan: “O, nəinki vəzifəsindən azad olunmalıdır, ayağından asılmalıdır”x9d

92576
Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycana, xalqımıza, prezidentə bundan böyük xəyanət edə bilərdimi? O, məgər görmürdümü 6 milyard hara gedir, kim mənimsəyir bu pulları? İlham Əliyev görün nə həddə çatdı ki, axırda Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə tapşırıq verdi ki, Elman Rüstəmovun nəzarəti altında işbazlara paylanılan kreditlər geri qaytarılsın. 

Bunu Moderator.az - a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev millət vəkili Qüdrət Həsənquliyevin saytımıza müsahibəsində "Mərkəzi Bankın rəhbərliyinə daha təmiz imicə malik insanlar gətirilməlidir" deməsinə münasibət bildirərkən söyləyib:

"Prezident neyləsin axı? Bu xəyanətkar məmurların hamısına nəzarət etmək, onların etdiyi səhvləri düzəltmək çox çətin məsələdir. Amma cənab prezident xəbər tutduğu istənilən qanunsuzluğa müdaxilə edir. Mətbuatda izləyib görürəm ki, Elman Rüstəmov haqda çoxlu narazılıqlar mövcuddur. Onun vəzifəsindən xaric olunmasını istəyənlər də var. Amma mən hesab edirəm ki, bu Elman Rüstəmov üçün çox yüngül cəza olar.  Azərbaycn xalqına xəyanət edib, xalqı çətin vəziyyətə qoyub, öz övladları isə Avropada bahalı həyat yaşayırlar. Belə şəxs nəinki vəzifəsindən azad olunmalıdır, həbs olunmalı, ayağından asılımalı, güllələnməlidir. Bu xəyanətkar məmurlarla artıq başqa cür danışıq forması qalmayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin