Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Naziriliyindən bildirilib.
Nazirlər bölgədəki son vəziyyət, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib və bu sahədə dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:37 / 21.01.2021
Ceyhun Bayramov fransalı həmkarı ilə Qarabağı müzakirə etdi
Hazırda oxunan: Ceyhun Bayramov fransalı həmkarı ilə Qarabağı müzakirə etdi
Hazırda oxunan: Ceyhun Bayramov fransalı həmkarı ilə Qarabağı müzakirə etdi
9232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.