Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın ölkəmizdəki səfiri Zakari Qrossu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bizim.Media Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Fransa səfirinin Azərbaycan üçün çox tarixi bir dövrdə fəaliyyət göstərdiyinə istinad edən nazir Ceyhun Bayramov, səfir Zakari Qrossun ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylərini, onun peşəkar yanaşma nümayiş etdirdiyini qeyd edib.
İki ölkə arasında siyasi dialoqun davamlılığı, xüsusilə də dövlət liderləri arasında mövcud olan sıx təmasların münasibətlərin inkişafına, o cümlədən hər hansı məsələlərin müsbət şəkildə həllinə ciddi töhfə verdiyi vurğulanıb.
Səfir Zakari Qross Azərbaycanda fəaliyyətini məmnunluqla qeyd edib. O, iki ölkə arasında iqtisadi, nəqliyyat-bağlantı, humanitar və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini səsləndirib və ikitərəfli gündəliyin bir çox sahələr üzrə irəli aparılması imkanlarının mövcud olduğunu qeyd edib.
C.Bayramov minaların təmizlənməsi sahəsində Fransa tərəfinin dəstəyini məmnunluqla qeyd edib.
Azad edilən ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz evlərinə geri dönüşünün tezləşdirilməsi baxımından ərazilərin minalardan təmizlənməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Görüş zamanı ikitərəfli gündəlikdə duran məsələlər, regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edilib.
- A-
- A
- A+
Siyasət
19:42 / 05.09.2022
Ceyhun Bayramov fransalı diplomatla GÖRÜŞDÜ - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov fransalı diplomatla GÖRÜŞDÜ - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov fransalı diplomatla GÖRÜŞDÜ - FOTO
92208
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.