Azərbaycan səfiri rusiyalı nazirlə MÜZAKİRƏLƏR APARDI

Hazırda oxunan: Azərbaycan səfiri rusiyalı nazirlə MÜZAKİRƏLƏR APARDI

92202

Bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkənin mədəniyyət naziri Olqa Lyubimova ilə görüşüb.

Səfirlikdən Bizim.Media-ya bildirilib ki,  görüşdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdən, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıqdan danışılıb.

Polad Bülbüloğlu Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri qismində fəaliyyəti, fondun xətti ilə keçirilmiş tədbirlər haqqında nazirə ətraflı məlumat verib.
Bundan əlavə, cari ilin noyabr ayında Sankt-Peterburq şəhərində keçiriləcək Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın təmsil olunması, sözügedən forum çərçivəsində Azərbaycan Mədəniyyət günlərinin keçirilməsi imkanları da müzakirə mövzusu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin