ABŞ Qafqazda hansı oyunu planlaşdırıb? – Ermənilərin rolu haqqında Qabil Hüseynlinin ŞƏRHİ

Hazırda oxunan: ABŞ Qafqazda hansı oyunu planlaşdırıb? – Ermənilərin rolu haqqında Qabil Hüseynlinin ŞƏRHİ

92158

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya işgüzar səfər edib. Bu gün o Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Eyni anda Ermənistan müdafiə naziri Suren Papikyan isə ABŞ-a səfər edib. Xarici işlər nazirlərinin görüşündə regional təhlükəsizlik və sabitlik, eyni zamanda Qarabağ məsələsinin müzakirə ediləcəyi bildirilir. Amma Papikyanın səfərinin məqsəd və proqramı barədə məlumat verilmir.  
Görəsən, Ermənistan rəhbərliyində təmsil olunan əsas 4 füqurdan ikisinin iki fərqli sitiqamətə eyni anda səfər etməsində hansısa bir əlaqə varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Qabil Hüseynli bildirir ki, dünya gücləri Cənubi Qafqazı yenidən qarışdırmağa çalışır və bu fonda da hər zaman olduğu kimi ermənilərdən istifadə edirlər:

“Ermənistan rəhbərləri tərəfindən fərqli istiqamətə edilən bu səfərlərdə fikrimcə hansısa bir əlaqə var. Son zamanlar Cənubi Qafqazla bağlı müəyyən problemlərdə Rusiya ilə ABŞ-ın mövqeyi üst-üstə düşməyə başlayıb. Moskva hər zaman olduğu kimi yenə də bölgədə dağıdıcı hərəkətlərə əl atmağa çalışır.
Ermənistanda “Qarabağ klanı” və daşnakstyun partiyasının tör-töküntülərini fəallaşdırmaqla Paşinyanı devirmək istəyirlər. Xarici işlər naziri bununla əlaqədar olaraq qulaqburması almaq üçün Moskvaya ezam edilib.

Eyni missiya ilə də erməni müdafiə naziri Amerikaya dəvət edilib. Yəqin ki, ABŞ-dan müəyyən dəstək istəyir. 

Görünən odur ki, super güclərin bölgəmizdə hadisələri qarışdırmağa çalışdıqları hiss olunur.

Regionda strateji və geosiyasi maraqlar uğrunda döyüş gedir. Bu fonda da hər zaman olduğu kimi yenə də oyuncaq və xaraktersiz olan ermənilərdən maksimum istifadə edirlər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin