Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş keçiriləcək.
Bizim.Media-nın məlumatına görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Zərif 4 ölkəyə səfər edəcək-Səbəb Qarabağdır
Zaxarovanın sözlərinə görə, tərəflər arasında görüş yanvarın 26-da baş tutacaq. XİN sözçüsü İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin fevralın 2-də Rusiya paytaxtına səfər edəcəyini də qeyd edib.
Qeyd edək ki, Zərif daha əvvəl bu səfərlə bağlı açıqlama vermişdi. İranın XİN rəhbəri danışıqlar zamanı Qarabağla bağlı müzakirlərin aparılacağını bildirmişdi.
Bizim.Media