Deputatlarla Qarabağda görüşərik-Mustafa Şəntop

Hazırda oxunan: Deputatlarla Qarabağda görüşərik-Mustafa Şəntop

919

“Azərbaycanın haqq işinə və mübarizəsinə dəstək verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının salamlarını sizə çatdırıram. Türkiyə Böyük Mİllət Məclisinin bütün üzvləri də  bu iclasda iştirak etmək istəyirdi”. Bizim.Media xəbər verir ki,  bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop  bu gün Milli Məclisdəki  çıxışı zamanı deyib.

O, Qarabağ işğaldan azad edildikdən sonra belə bir görüşü orada keçirəcəyini vurğuladı: “ Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan dostluq və qardaşlıq münasibətləri mövcuddur. İllərdən bəri işğal edilmiş torpaqlardan geri çəkilməyən, terroru dövlət siyasəti səviyəsinə qaldıran Ermənistan böyük təhlükədir. Moskvada humanitar atəşkəs razılaşmasından sonra quldur Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmağa başladı. Ermənistan bütün region üçün təhlükə mənbəyidir. Beynəlxalq ictimaiyyət quldur Ermənistanı durdurmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin