Tanınmış hüquqşünas Xalisə Şahverdi deputat olmaq istəyir

Hazırda oxunan: Tanınmış hüquqşünas Xalisə Şahverdi deputat olmaq istəyir

91836
Tanınmış hüquqşünas Xalisə Şahverdi Azərbaycanın Milli Məclisinə 5-ci çağırış seçkilərində namizədliyini irəli sürəcək

“Uşaqlıqda çox sual verən biri olmuşam. Məsələn, böyük bacım ağlayarkən, onu kimin ağlatdığını axtarmışam. Ədalətsizliyə və haqqsızlığa üsyan etmişəm. Hətta qohumlarım indi də "bacını kim döymüşdü" deyə soruşaraq mənimlə zarafat da edirlər. 13 yaşımdaykən müharibə, onun gətirdiyi səfalət və məcburi köçkünlük həyatını yaşadım. Bu çətinliklər mənimlə eyni taleyi yaşamış hər uşağın uşaqlıq və gənclik dövrünü amansızca uddu. 

Sağ qalmaq, düşdüyümüz ağır durumdan çıxmaq cəhdlərimiz bizi həyata qarşı daha da dirənişli etdi, təhsili qışda soyuq, yayda qızmar vaqon "məktəblərində" aldıq. Böyüdükcə ədalətsizlik, sosial bərabərsizliklə mübarizə apardım, nəticə olaraq, ictimai fəaliyyətimin təməlində ədalət və humanizm əsas meyar oldu. Bu meyarlara əsaslanaraq, daha uzun və büdrədən yolda yenə davam etməyə qərar verdim: Azərbaycan Respublikasının Milli Məclisinə 5-ci çağırış seçkilərində 120 sayli Cəbrayil-Qubadli seçki dairəsindən namizədliyimi irəli sürəcəm”x9d. (qafqazinfo.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin