"Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi ilə bağlı irəliləyiş üçün səylər davam etdirilməlidir" - Borrell

Hazırda oxunan: "Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi ilə bağlı irəliləyiş üçün səylər davam etdirilməlidir" - Borrell

91559

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı irəliləyiş üçün işləməyə davam etmək vacibdir".

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.

"Aİ Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən dördüncü görüşü alqışlayıram. Sülh müqaviləsi ilə bağlı irəliləyiş üçün işləməyə davam etmək, humanitar və əlaqələnmə sahələrində səyləri davam etdirmək vacibdir. Aİ sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə davam edir", Borrell bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin