“Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Romada Azərbaycan səfirliyinin yeni binasında İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Romada Azərbaycan səfirliyinin yeni binasının açılışında – FOTO/VİDEO
Azərbaycan lideri vurğulayıb ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq:
“Bir sözlə, mən hesab edirəm ki, bu gün biz tarixi hadisənin şahidiyik. Bu gün mənim İtaliyaya işgüzar səfərimin birinci günüdür və birinci tədbiridir. Əminəm ki, İtaliya rəhbərləri ilə keçiriləcək görüşlər bizim dostluğumuzu, tərəfdaşlığımızı daha da möhkəmləndirəcək”.
Bizim.Media