ADR - dən hakimiyyətə islahat çağırışı...

Hazırda oxunan: ADR - dən hakimiyyətə islahat çağırışı...

91513
Azərbaycan Demokratiya və Rifah (ADR)  Hərəkatının islahatlara çağırış bəyanatı

Azərbaycan Respublikası prezidentinin səsləndirdiyi  “Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq”x9d fikri  KİV-də, sosial şəbəkələrdə, ictimaiyyət arasında  geniş şəkildə müzakirə edilməkdədir. Obyektiv dəyərləndirəndə  doğru fikirdir, təqdir olunmalıdır, neçə  illərdir  ekspertlər də  nefti önə çıxaran  siyasəti  təndiq edirlər ki, milli  iqtisadiyyatı yalnız  neft və qaz üzərində qurmaq olmaz. Hazırda bu fikrin  prezident səviyyəsində etirafı nəfəsini neft-qazla alan Azərbaycan iqtisadiyyatı qarşısında təxirəsalınmaz vəzifələr qoyur. Ancaq açıqlama  tam deyil,  bilinmir ki, bundan sonra  ölkə büdcəsinə gələn  neft və qaz   pullarının əvəzi necə ödəniləcək, əlavə maliyyə qaynaqları hansı mənbələrdən təmin olunacaq. Suallar getdikcə çoxalsa da hakimiyyət mənsubları və onlara yaxın olan ekspertlər də “Qeyri-neft sektorunu inkişaf edir”x9d deyir. Amma, son  20 ildə olduğu kimi,  inzibati-amirlik üsulu ilə,  yenə  də sovet dönəmində olduğu kimi dövlət kapitalizmi siyasətinə üstünlük verməklə  inkişaf edə  bilməyəcəyik. Tarix boyu bu yolla gedən dünya dövlətləri (SSRİ başda olmaqla) gözümüzün qabağında iflasa uğradı. Tarixdən ibrət götürmək vaxtı gəlib çatmayıbmı?

Uğurlu və uğursuz dövlət sistemlərini fərqləndirən fərdi  azadlıqdır,  sosial ədalətdir, saglam  rəqabətdir,  seçkili özünüidarədir,  iqtisadi rasionallıqıdır. Hazırda bizdə onların heç birisi yoxdur. Bəlkə bunlara önəm verək?  Çünki, başqa alternativimiz  yoxdur,  çünki,  neftin  yenidən əvvəlki kimi bahalaşacağı gözlənilmir.  
Beynəlxalq  praktikadan  qaynaqlanan və sınaqdan çıxan tezis odur ki,  azadlıqlar  olmayan cəmiyyətlərdə,  rəqabəti dəstəkləmək əvəzinə inhisarçılığa geniş meydan verən  dövlətlərdə nə iqtisasi və nə də siyası   inkişaf olmur.  Dünya bazarında neftin qiymətinin uculaşması, neft hasilatının azalması və  bu sektorda istehsal xərclərinin artmasından sonra neft gəlirlərinin  aşağı düşməsi hətta qısamüddətli dövrdə  müşahidə olunan sabitliyə təhlükə  yaradır.   Bu şəraitdə mövcud hakimiyyət üçün yeganə alternativ  islahatlara getmək yolu ilə   liberal bazar iqtisadiyyatına,   açıq ticarətə,  rəqabətli investisiya mühitinə  və  azad biznes fəaliyyətinə  şərait yaratmaqdır.  

Ölkəmizdə saglam  və azad  bazar iqtisadiyyati sistemi qurulmalıdır.  Belə sistemə vətəndaşlar  tərəfindən daimi və ciddi nəzarət gərəkdir. 

Rasionallıq  haqqında son  20 ildə hər hansı bir müzakirə belə  olmayib. Neftdən qazandığımız 122 milyard  dollara yaxın məbləğdən cəmi 35 milyard qalıb. Bəlkə mərmər döşəmələrə, fişənglərə, dəbdəbəli idman və mədəni tədbirlərə az pul xərcləyək. Yoxsa gələcək nəsillərə necə hesabat verəcəyik? 
Müasir dünya ilə hərtərəfli əməkdaşlıq etmək, onun tarixi təcrübəsindən yararlanmaq, onun yardımından səmərəli istifadə etmək, sivil  dünyanın tərkib hissəsi olmaq inkişafımız üçün mütləqdir. 

Müxalif fikirli insanlar və təşkilatlar olmasa, dövlət inkişaf edə bilməz! Siyasi və ideoloji rəqabət həm idarəçilikdə səhvlərdən qoruyur, həm də qarşımıza çıxan problemlərin həllində mühüm rol oynayır. 
İnzibatı idarəçiliyə üstünlük verən  avtoritarlaşmış ölkələrin təcrübəsi göstərdi ki, ölkə  alternativlər nəzərə alınmadan və bir bir kabinetdən uzun müddət idarə oluna bilməz. Belə idarəçilik indiyə qədər formalaşmiş sabitlik üçün də təhlükədir.  Odur ki, Azərbaycan cəmiyyətində həmrəylik yaratmaq üçün ilk növbədə  siyasi motivlərlə həbs olunmuş şəxslər azad edilməli, fundamental  azadlıqlar təmin olunmalı, seçki sistemi təkmilləşməli, mərkəzsizləşdirməyə və  özünüidarəyə geniş imkanlar yaradılmalıdır. Bunun üçün də sivil cəmiyyətlərin uğur qazandığı liberallaşma, inhisarsızlaşdırma, mərkəzsizləşdirmə kursu götürülməli,  dövlət büdcəsinin və dövlət şirkətlərinin rasional, şəffaf və hesabatlı idarəolunmasına nail olmaq lazımdır. Əks tədqirdə ölkədə işzilik və yoxsulluq göstəriciləri pisləşərək, əhalının güzəranı  daha da çətinləşəcək. Bu isə sosial konfliktlərin dərinləşməsini şərtləndirə  və mövcud sabitliyi poza bilər.

Ölkəmiz yol ayrıcındadır,  biz əminik ki, vətəndaslarımıza azadlıq verilsə, onların haqları qorunsa, o zaman xalqımızın qüdrətini görəcəyik. Köhnə yolla getsək, hamımızı iflas gözləyir. Ölkənin çiçəklənməsinin, vətəndaşlarımızın xoşbəxt yaşamasının yuxarıda sadaladığımız islahatlardan başqa alternativi  mövcud deyil. İnanırıq  ki,  islahatlar prosesində ictimai iştirakçılıq təmin edilərsə, ölkə iqtisadiyyatının inkişafına əngəl olan maneələr dəf ediləcək və bizi gözləyən sosial  təhlükələrdən xilas ola biləcəyik.  Odur ki, Azərbaycan Demokratiya və Rifah  Hərəkatı mövcud hakimiyyəti  islahatların keçirilməsi üçün lazımi siyasi iradə nümayiş etdriməyə, açıq cəmiyyət, hesabatlı hökümət, azad  və  liberal iqtisadiyyat qurmağa çağırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin