“Xankəndinə gedən bütün kommunikasiya xətlərini nəzarətə götürmüşük” – Ədalət Verdiyev

Hazırda oxunan: “Xankəndinə gedən bütün kommunikasiya xətlərini nəzarətə götürmüşük” – Ədalət Verdiyev

91500

Artıq neçə gündür ki, Laçın dəhlizi Azərbaycan ordusunun nəzarətinə keçib. Eləcə də, Laçın şəhərindən yan keçən yeni salınmış avtomobil yolu da istifadəyə verildi. Bununla da Laçın rayonuna nəzarət tamamilə Azərbaycanın tərəfinə keçib.

Bundan əlavə Şuşanın Turşu istiqamətindəki ərazilərə də bundan sonra Azərbaycanın silahlı qüvvələri nəzarət edəcək. Beləcə, həm separatçılar Xankəndinə doğru sıxışdırıldı və Ermənistanın Xankəndi ilə əlaqələri minumuma endi. Çünki, yeni yol ancaq sərnişin və yük daşıması üçün nəzərdə tutulub.
Digər vacib kommunikasiya xəttləri birbaşa Azərbaycanın nəzarət zonasında qalıb. Bu da həm separatçılar üçün, həm onların Ermənistandakı havadarları və ən başlıcası isə onların xaricdəki “züy tutanları” üçün çəmbərin xeyli daraldığının sübutudur.

Məsələyə münasibət bildirən tanınmış hərbi ekspert Ədalət Verdiyev Bizim.Media ilə söhbətində Laçın dəhlizinin 30 illik işğal dövründə ermənilərin əsas nəfəsliyi olduğunu bildirdi:

 

MÖVZU İLƏ BAĞLI:

“Ordumuzun Xankəndinə qarşı mümkün əməliyyatlarında bu yüksəkliklər əhəmiyyət daşıyacaq” - Hərbi ekspert


“Bu müddətdə Ermənistandan Xankəndinə və ətraf ərazilərə bütün təchizat bu dəhliz vasitəsi ilə daşınıb. Bundan başqa Ermənistandan Qarabağa gedən elektrik, qaz, telefon və internet xətti məhz bu dəhlizdən keçirdi.

Ermənistanla separatçıları birləşdirən bütün həyati əhəmiyyətli kommunikasiya xətlərinə Azərbaycan nəzarət edəcək. Ən əsası həm Laçın şəhəri, həm Sus və Zabux kəndləri, eləcə də bütövlükdə Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi.

Hazırda, güc strukturlarımız tərəfindən bu ərazilərdə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Və nə yaxşı ki, mən özüm də hazırda bu gün Laçındayam və gedən prosesləri qürurla izləyirəm”. 

Ədalət Verdiyev onu da əlavə etdi ki, bu dəhlizin Azərbaycanın nəzarətinə keçməsi Azərbaycan ordusunun hərbi infrastrukturunun bu ərazidə genişləndirilməsi üçün münbit şərait yaradıb.

Digər tərəfdən Laçın şəhərinin özündə Azərbaycanın müxtəlif təyinatlı qüvvələri yerləşdirilir. 

Yeni avtomobil yoluna toxunan hərbi ekspert bildirdi ki, əslində yeni yolu dəhliz adlandırmaq doğru deyil:

“Bu sadəcə avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş bir yoldur. Və bu yolun üzərində heç bir kommunikasiya xətti yoxdur. Lakin, Laçın dəhlizinin Azərbaycanın nəzarətinə keçməsi ilə biz rəsmi olaraq Ermənistanla Qarabağdakı ermənilər arasında bütün kommunikasiya xətlərinə nəzarəti ələ keçirmiş olduq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin