“Artıq Laçın şəhəri və iki kənd bizim nəzarətimizdədir”.
Bizim.Media xəbər verir ki, bunu Apa.az-ın Laçına ezam olunan müxbirinə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Anar Eyvazov bildirib ki, hazırda Azərbaycan Ordusunun bölmələri nəzarətə götürülmüş ərazilərdə mövqelərin dəqiqləşdirilməsi və yeni dislokasiya məntəqələrində bölmələrin yerləşməsi prosesini həyata keçirir:
"Mühəndis qoşunları tərəfindən mina axtarma işləri davam etdirir. Qeyd edim ki, Laçın şəhərində avqustun 15-dən bu günə qədər 1300-dən artıq piyada əleyhinə mina aşkar edilib. Bu minaların müharibədən sonra Ermənistan Respublikasında istehsal olunması müəyyən edilib. Bu da Azərbaycan Ordusuna və əhalisinə qarşı təcavüzün göstəricisidir".
Anar Eyvazov deyib ki, hazırda burda olan hərbi qulluqçuların sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır: "Azad edilmiş digər ərazilərdə olduğu kimi, burada hər şey çox yüksək səviyyədə təşkil ediləcək".
Mətbuat xidmətinin rəisi onu da qeyd edib ki, bir həftə ərzində Ermənistan tərəfindən Laçın və Laçın ətrafı ərazilərdə təxribat xarakterli fəaliyyətlər qeydə alınmayıb: "Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almağa hər an hazırdır".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:59 / 01.09.2022
\"Azərbaycan Ordusu Laçında istənilən təxribatın qarşısını almağa hazırdır\" – RƏSMİ
Hazırda oxunan: \"Azərbaycan Ordusu Laçında istənilən təxribatın qarşısını almağa hazırdır\" – RƏSMİ
Hazırda oxunan: \"Azərbaycan Ordusu Laçında istənilən təxribatın qarşısını almağa hazırdır\" – RƏSMİ
91499
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.