Brüssel görüşündə bu razılaşmalar var - Şarl Mişel açıqladı

Hazırda oxunan: Brüssel görüşündə bu razılaşmalar var - Şarl Mişel açıqladı

91416

“May ayında sonuncu görüşümüz zamanı razılaşdırıldığı kimi, mən bu gün Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etdim. Bu, bu formatda dördüncü müzakirəmiz idi. Müzakirələrimiz Cənubi Qafqazda baş verən son hadisələr və Aİ ilə hər iki ölkə arasında münasibətlərə yönəldi. Mübadilələrimiz açıq və məhsuldar oldu və mən buna görə hər iki liderə təşəkkür etmək istərdim. Gündəliyimizdəki bütün məsələlərə baxdıq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Brüssel görüşündən sonra açıqlaması zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Brüsseldə Paşinyanla üçtərəfli GÖRÜŞ KEÇİRDİ - VİDEO


"Son görüşümüz zamanı əldə olunmuş razılaşmaların irəliyə aparılması üçün kifayət qədər addımların atıldığını görmək müsbət haldır.

Bu gün biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün əsaslı işi gücləndirməyə razılaşdıq və xarici işlər nazirlərinə bir ay müddətində mətn layihələri üzərində işləmək üçün görüşməyi tapşırdıq.

Həmçinin humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, saxlanılan şəxslər və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirələr apardıq. Biz sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər üzrə irəliləyişi nəzərdən keçirdik. Razılaşdıq ki, Sərhəd Komissiyalarının növbəti iclası noyabrda Brüsseldə keçirilsin", - deyə Aİ rəsmisi bildirib.

Şarl Mişel əlavə edib ki, hər iki tərəfdə əhalini uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir.

“İctimai mesajlaşma bu baxımdan kritikdir. Belə həssas bir vəziyyətdə ictimaiyyətə deyilən hər bir söz açıq şəkildə qarşı tərəfdə dinlənilir və ölçülür. Aİ uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır.
Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək. Biz noyabrın sonuna qədər bu formatda yenidən görüşməyə razılaşdıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin