"Üçtərəfli İşçi Qrupu razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib” - LAVROV

Hazırda oxunan: "Üçtərəfli İşçi Qrupu razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib” - LAVROV

91387

"Cənubi Qafqazda ticari-iqtisadi kommunikasiyaların açılması məsələləri ilə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı etdiyi Üçtərəfli İşçi Qrup məşğul olur".

Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahanianla danışıqlardan sonra deyib.

S.Lavrov kommunikasiyaların açılması ilə məşğul olan Üçtərəfli İşçi Qrupun fəaliyyətindən danışıb:

“İşçi qrup dinamik şəkildə fəaliyyət göstərir. Eyni zamanda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı görüşlər keçirilir. İşçi qrupu razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib. Ümid edirəm ki, bu, yaxın vaxtlarda rəsmiləşəcək. Bu istiqamətdə işlərin təcrid olunmuş şəkildə deyil, “Şimal-Cənub” daxil olmaqla, daha geniş nəqliyyat layihələri ilə sıx əlaqədə aparılması xüsusilə vacibdir".

O, həmçinin vurğulayıb ki, görüşdə Rusiya, İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolunun kiçik hissəsinin tikintisi ilə bağlı davam edən müzakirələr ətrafında danışıqlar aparılıb.
Rusiya XİN rəhbərinin sözlərinə görə, sentyabrda profilli mütəxəssislərin təmasları planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin