Ukrayna rəsmisindən Azərbaycanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK - VİDEO

Hazırda oxunan: Ukrayna rəsmisindən Azərbaycanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK - VİDEO

91339

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “1+1” verilişində Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, Danilov canlı efirdə bunları deyib:

"Mən dəqiq bilirəm ki, Böyük Britaniya bunu etməyəcək, onlar bütün hallarda ABŞ-a xəyanət etməyəcəklər. Mən çox istərdim ki, demokratiyaya gedən yolda hansısa təbii qaz faktoru önə çəkilməsin. Ruslar öz məqsədlərinə çatmaq üçün hər şeyi edə bilərlər. Necəki onlar ermənilərə xəyanət etdilər və Azərbaycana imkan verdilər ki, öz torpaqları zənn etdikləri ərazilərə girsinlər”.

Şura katibi daha sonra bildirib ki, fikir verirsinizsə, bu gün ruslar Suriyaya da xəyanət edirlər:

“Orada xoşagəlməz proseslər gedir. Mən rusların öz müttəfiqlərinə qarşı etdiyi xəyanəti Avropanın bizə qarşı edəcəyini həqiqətən istəmirəm. Bunun baş verə biləcəyini də düşünmürəm. Çünki dünyanın əsas dövlətləri bunu izləyir”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin