Zəngəzur dəhlizində maraqlı olan neçə dövlət var? – SİYAHI 

Hazırda oxunan: Zəngəzur dəhlizində maraqlı olan neçə dövlət var? – SİYAHI 

91334

Bir azdan dördüncü Brüssel görüşü baş tutacaq. Artıq neçə gündür ki, region ölkələri bu görüşə foks olub. Hər kəs bu görüşdən uğurlu nəticələr gözləyir. 

Sual oluna bilər ki, bu görüşün pozitiv nəticələri hansı ölkələr, daha doğrusu neçə ölkə üçün maraqlıdır?

Sıralayaq görək başda kim gəlir?

Birinci növbədə Çin bu görüşün uğurlu nəticəsində maraqlıdır. Çünki, Brüssel görüşündə prioritetlərdən biri Zəngəzur dəhlizidir. Rəsmi Pekin də Zəngəzur dəhlizinin bərpasını ən çox istəyən ölkələrdən biridir. Çünki, Çinin böyük Avropa bazarına əsas quru yolu Rusiya ərazisindən keçir. Son illər Rusiyaya qarşı tətbiq edilən sanksiyalar müəyyən mənada Pekinin əl qolunu bağlayır. Üstəlik, Rusiya üzərindən keçən daşımalara uzun zaman və xeyli vəsait xərclənir. Zəngəzur dəhlizi isə iqtisadi və siyasi cəhətdən çox səmərəlidir.Təsadüfi deyil ki, Çinin Ermənistandakı səfiri ötən həftə Qərbi Zəngəzurda olub.

İkincisi, Pakistan dövləti bu dəhlizin açılmasına çox maraqlıdır. Çünki, bu dəhliz vasitəsi ilə Pakistanın Avropa ilə zəifləmiş əlaqələri bərpa oluna bilər. Məlumdur ki, 1979-cu ildə İranda baş verən dövlət çevrilişindən sonra molla rejimi Pakistanı Hindistana satdı. Və öz ərazisindən Pakistanın Avropaya, xüsusilə də Türkiyəyə çıxışını bağladı. Ona görə də rəsmi İslamabad bu dəhliz vasitəsi ilə həm dost Azərbaycan  və Türkiyə ilə əlaqələrini daha da gücləndirəcək, həm də Avropaya rahat çıxış qazanacaq.

Üçüncüsü, Hindistan dövləti də bu dəhlizdə çox maraqlıdır. Çünki, Hindistan Avropaya əsasən dəniz yolu ilə çıxır. Bu da uzun vaxt və xeyli vəsait aparır.

Dördüncüsü, Qazaxıstan Zəngəzur dəhlizinə Yaxın Şərqə və Avropaya yeni çıxış imkanı kimi baxır. Rəsmi Bakı ilə rəsmi Nursultan arasında son vaxtlar münasibətlərin yeni müstəviyə daşınmasının da bir səbəbi məhz Zəngəzur Faktorudur.

Beşincisi Özbəkistan dövlətidir. Zəngin təbii ehtiyatlar malik bu ölkənin nəhəng Avropa bazarına çıxışı çox zəifdir. Rusiyanın ətrafında baş verən son hadisələr Avropa ilə zəif olan əlaqələri daha da öləziləşdirib. Ona görə də rəsmi Daşkənd Zəngəzur dəhlizi ilə həm Avropaya, həm də Yaxın Şərqə asan çıxış yolu qazanmaq fikrindədir.

Altıncısı Türkmənistandır. Bu ölkə məlum səbəblərə görə öz karbohidrogen ehtiyatlarını əsasən Rusiyaya satır. Amma artıq zaman dəyişib. Avropadan hazırda daha cəlbedici təkliflər gəlir. Bu təklifləri reallaşdırmaq üçünsə ən yaxşı variant Zəngəzur dəhlizidir.

Yeddinci və səkkizinci Tacikistan və Qırğızıstandır. Bəllidir ki, bu ölkələrin Rusiya faktoruna görə Avropaya çıxışı çox zəifdir. Ona görə də həm rəsmi Düşənbə, həm də Bişkek bu dəhlizə isti baxır. Üstəlik, bu dəhliz reallaşacağı təqdirdə həm Qırğızıstanın, həm də Tacikistanın üzərindən tranzit daşımalarının həcmi əsaslı şəkildə artacaq.

Doqquzuncu, Rusiya Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır. Çünki,Qərbin sanksiyalarından qorunmaq üçün Yaxın Şərq Rusiya üçün yeni nəfəslikdir. Müəyyən səbəblərə görə Əfqanıstandan Yaxın Şərqə çıxış yoxdur. İran Azərbaycan faktoruna görə Rusiyanın Cənubi Avrasiyaya çıxışını əngəlləyir. Amma Zəngəzur dəhlizi açılacağı təqdirdə Rusiya Türkiyə başda olmaqla Yaxın Şərqə əlverişli ticarət yolu əldə edəcək.

Onuncu, nə qədər qəribə görünsə də İrandır. Doğrudur, bəlli səbəblərdən molla rejimi Azərbaycanın moderator olduğu heç bir layihəyə müsbət yanaşmır. Amma iqtisadi sanksiyalar İranı çökdürüb. İran bu dəhlizə qoşulmağa sadəcə məcburdur. Əks-təqdirdə İranın sonu daha sürətlə yaxınlaşacaq.

On birincisi qardaş Türkiyədir. Bu dəhliz vasitəsi ilə Türkiyə bütün türk dövlətləri ilə rahat quru tranzit qazanacaq. Üstəlik, dost Pakistanla kəsilmiş 40 illik quru yol yenidən canlanacaq. Eləcə də, nəhəng Çin və Rusiya bazarına yeni çıxışlar qazanılacaq.

On ikinci, İsrail dövləti Zəngəzur dəhlizinə tamam başqa rakursdan baxır. Faktiki olaraq İsrailin keçmiş Sovetlər ölkəsinə quru yol çıxışı yoxdur. Halbuki, yəhidilərin keçmiş Sovetlər ölkəsi ilə sıx bağlılığı var. Və bu bağları iqtisadi dividentə çevirmək imkanları 30 ildir ki, reallaşa bilmir. Ona görə də İsrail Zəngəzur dəhlizinə yeni nəfəslik kimi baxır.

On üçüncü, qısaca olaraq Avropa İttifaq ölkələri Zəngəzur dəhlizinə ikinci həyat kimi baxır. Çünki, Avropanın zəngin Asiya dövlətləri ilə quru dəhlizləri əsasən Rusiyadan keçir. Son dövrlər baş verən proseslər fonunda Aİ Rusiya dəhlizlərindən qurtulmaq istəyir. Üstəlik Aİ Zəngəzur dəhlizinə həm də gələcəyin neft-qaz tranziti kimi baxır. Çünki, Orta Asiyanın və Qazaxıstanın zəngin karbohidrogen ehtiyatlarından ucuz və rahat şəkildə istaifadə üçün unikal dəhliz məhz Zəngəzurdur.

On dördüncü, bu nəqliyyat dəhlizində maraqlı olan dövlətlərdən biri də ABŞ-dır. ABŞ Rusiya asılılığından qurtulmağın tək yolu kimi hələlik Zəngəzur dəhlizini görürür. Bu dəhlizin fəaliyyətə başlaması ilə ABŞ həm Rusiyanın tranzit imkanlarını məhdudlaşdıracaq, həm də Qərbin enerji təhlükəsizliyinə yeni töhfə veriləcək.

Siyahını isə Zəngəzur dəhlizinin digər qütbündə dayanmış Böyük Britaniya ilə qapada bilərik.

Bir başında Çin, bir başında isə Böyük Britaniyanın dayandığı bu uzun ticarət yolunun ən önəmli bəndi məhz Zəngəzur dəhlizidir. Bu dəhlizin fəaliyyətə başlamasında bəlkə də hamıdan daha çox maraqlı olan da elə ingilislərdir. Bu dövlətin bu dəhlizə tamam fərqli baxışı var. İngilislər bu dəhlizi aktiv fazaya çıxartmaqla dünyada yeni düzən formalaşdırmaq istəyirlər.
 

Təbii ki, siyahını müxtəlif kəsişmələrdə digər dövlətlərlə də uzatmaq olar. Cənibi Koreyanı, ərəb dövlətlərini və digər Avropa ölkələrini də əlavə etmək mümkündür. Çünki, istənilən yeni dəhliz yeni imkanlar deməkdir.


Amma bu dəhlizdə öz ərazisi ilə iştirak edən Azərbaycan və Ermənistanı bilərəkdən siyahıya əlavə etməmişik. Çünki dəhliz Ermənistan üçün həyat deməkdir, Azərbaycan üçünsə gələcəyə, dostluğa və sülhə uzatdığı əl mənasını daşıyır.

Müsbət davranışlar burada adı keçən hər kəs üçün faydalı olacaq və Azərbaycan bu müstəvidə söz sahibidir.

Bütün bunlar bir daha onu göstərir ki, bu günkü Brüssel görüşü təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün Avro-Asiya, hətta okeanın o tayındakılar üçün böyük maraq kəsb edir. Ona görə də DİQQƏT BRÜSSELƏ!

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin