Şarl Mişelin köməkçisi Brüssel görüşünün dəqiq vaxtını açıqladı - ÖZƏL

Hazırda oxunan: Şarl Mişelin köməkçisi Brüssel görüşünün dəqiq vaxtını açıqladı - ÖZƏL

91202

Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında növbəti görüş baş tutacaq. 

Hazırlıqlarla bağlı Bizim.Media-ya danışan Avropa İttifaqının mətbuat katibi və Şarl Mişelin köməkçisi Barend Leyts bildirib ki, son hazırlıq işləridə yekunlaşmaq üzrədir: 
 

MÖVZU İLƏ BAĞLI:

Mişel Paşinyanla telefon danışığında İlham Əliyevlə sabahkı görüşü müzakirə etdi


“Prezident Şarl Mişel bu gün həm Azərbaycan lideri, həm də Ermənistan baş naziri ilə telefon danışığı reallaşdırdı. Biz həqiqətən də görüşü prezidentin twitter hesabında elan etdiyi kimi ictimai cədvəlinə əlavə etmişik. Sabah müzakirələr başlayacaq. Qeyd edim ki, görüş Brüsseldəki Şuranın binasında saat 13:00-da başlayacaq. Müzakirələrdən sonra isə dünya mediasına ətraflı məlumatı təqdim edəcəyik”, - deyə Leyts əlavə edib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri arasında sonuncu görüş mayın 22-də Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə baş tutub.

Yaxın vaxtlarda Azərbaycanın həyata keçirdiyi “Qisas” əməliyyatından sonra sabahkı görüşdə bir çox məqamlara aydınlıq gətiriləcəyi və sülh müqaviləsinin gündəliyi ilə bağlı qərarların qəbul ediləcəyi gözlənilir.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin