Zabux və Sus kəndinin sakinləri uzun illər həsrətində olduqları doğma yurda qayıdıb, firavan günlər yaşayacaqlarına və o yerləri yenidən dirçəldəcəklərini səbrsizliklə gözləyirlər.
Bəs görəsən hazırda geri dönüş üçün neçə şəxs artıq qeydiyyatdan keçib?
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bizim.Media-nın sözügedən sorğusunu cavablayıb. Qurumdan bildirilib ki, artıq müvafiq sorğuların keçirilməsi prosesinə başlanılıb:
“Ölkə rəhbərinin tapşırığına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış laçınlıların, o cümlədən Sus və Zabux kəndləri sakinlərinin doğma yurda qayıdışa hazırlanması üçün zəruri tədbirlər həyata keçirir. Belə ki, geri qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün müvafiq sorğu keçirilməsinə başlanılıb”.
Sorğuda iştirak etmiş məcburi köçkünlərin mütləq əksəriyyəti doğma yurda qayıtmaq istədiyini bildirib, lakin:
“Hazırda isə bununla bağlı yekun rəqəm yoxdu. Əldə edilən məlumatlar “Böyük Qayıdış”la əlaqədar komitədə yaradılmış “İLK addım" elektron məlumat bazasına yerləşdirilir. Sorğunun yekununda keçmiş məcburi köçkünlər ilə Dövlət Komitəsi arasında Niyyət Protokolu imzalanacaqdır”, - deyə qurumdan bildirilib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:45 / 25.08.2022
Zabux və Susa qayıtmaq üçün neçə nəfər qeydiyyatdan keçib? - Komitədən AÇIQLAMA
Hazırda oxunan: Zabux və Susa qayıtmaq üçün neçə nəfər qeydiyyatdan keçib? - Komitədən AÇIQLAMA
Hazırda oxunan: Zabux və Susa qayıtmaq üçün neçə nəfər qeydiyyatdan keçib? - Komitədən AÇIQLAMA
90430
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.