“Əsas məqsədim seçiciləri layiqincə təmsil etmək olacaq”x9d

Hazırda oxunan: “Əsas məqsədim seçiciləri layiqincə təmsil etmək olacaq”x9d

90375
Millət vəkili Əli Məsimli noyabrin 1-də keçriləcək parlament seçkilərinə yenidən özünü sınamaq niyyətindədir və o yenə namizədliyini öz doğma yurdu Şəkindən verəcək. 

Bunu  Moderator.az -a açıqlamasında millət vəkili Əli  Məsimli deyib.

Onun sözlərinə görə, parlament seçkilərində iştirak etmək istəyən hər kəs qanunverici orqanda səmərəli fəaliyyət göstərə bilmək baxımından öz gücünü, bacarığını, ictimai və siyasi potensialını,cəmiyyətin ona münasibətini və cəmiyyətə real fayda vermək imkanlarını obyektiv dəyərləndirmklə hərəkət etməyi bacarmalıdır: “Yəni  deputat statusu daşıyan insan bu vəzifələri və missiyanı  daşıya bilmək potensialına malik olmalıdır”x9d. 

Onun fikrincə, deputatın əsas vəzifələri qanun yaradıcılığı prosesində fəal iştirak etmək, öz seçiciləri ilə görüşmək, onların müraciətlərini aidiyyəti orqanlara çatdırmaq və müsbət həllinə nail olmaqdan ötrü əlindən gələni etmək, mətbuatla təmasda olmaq, ölkədə baş verən ictimai-siyasi proseslərə dövlətçilik təfəkkürü prizmasından münasibət bildirmək, imkanı daxilində xeyriyyəçilik tədbirlərində iştirak etmək, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil etməkdir. “Belə geniş diapazonda bütün istiqamətlər üzrə fəaliyyətlə hamını eyni dərəcədə qane etmək mümkün olmasa da, hər halda sadaladığım həmin istiqamətlərdə gördüyüm və bundan sonra da görə biləcəyim işləri obyektiv dəyərləndirməklə, həm də əlbəttə, ilk növbədə ictimai rəyi və seçicilərin əhvali-ruhiyyəsini nəzərə almaqla parlament seçkilərində iştirak edəcəyəm. Əsas məqsədim yenə də Azərbaycanı, parlamenti və seçiciləri layiqincə təmsil etmək olacaq”x9d, - deyə Ə. Məsimli vurğuladı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin