Böyük Britaniya Avropa Birliyini tərk etdi.
Benedikt Anderson yazırdı ki, İngiltərə Avropa dövlətçiliyinin köküdür.
“Avropa dövlətçiliyinin kökü” Avropanı tərk edir? Geridə yalançı dövlətçilikmi qalır?
600 il üç qitəyə hökm edən qos-qoca Osmanlının varisi Türkiyə Cümhuriyyəti də AB-dən əlini üzməkdədir. Əslində, qarşılıqlıdır.
Avropa İttifaqının iki böyük dövləti həmişə deyir ki, Türkiyəni təşkilata tam üzv kimi görmürlər. Lakin indi meydana bir maraqlı məqam çıxıb. Ekspertlər ona ciddi diqqət yetrirlər.
“Dəyərli Tayyib”... Fransanın prezidenti Emmanuel Makron Türkiyə Prezidentinə yazdığı məktubu bu cür müraciətlə başlayıb.
Adi haldımı? Deyil. Konkret səbəbləri var. Ekspertlər də bir az çaşqın – yəni Makron “yola gəldi”?
“Dəyərli Tayyib”ə qədər Rəcəb Tayyib Ərdoğan Avropa siyasi liderlərinin “ekstremisti”, “radikalı”, “qatı islamçısı”, “sultanı” və digər kəskin mənfi qiymətləndirmə hədəfi idi.
İndi, görəsən, nə dəyişib ki, Türkiyə Prezidenti “dəyərli” olub? Çox ciddi yenilik var. Məsələ ondan ibarətdir ki, Qərb artıq Türkiyəni müstəqil və böyük potensiallı geosiyasi güc kimi qəbul etməyə başlayıb!
Artıq Türkiyəyə “mən dediyimi edəcəksən” məntiqi ilə yanaşa bilmirlər.
Yəni Makron əslində “Dəyərli Tayyib” ifadəsi ilə iki incəliyi çatdırır. Birincisi, Türkiyənin AB-yə tam üzvlüyünün mümkün olmayacağını Brüsseldə də anlayıblar. Bu anlamda Ərdoğan həmin çərçivədə yeni “dəyər” qazanıb.
İkincisi, Makron deyir ki, Avropa Birliyində Fransanın yekə iddialarına rəqib olmayacaq bir Türkiyə və onun Prezidenti ilə “dost” ola bilər.
Ekspertlər hesab edirlər ki, Avropa Birliyi bu istiqamətdə fəallıq göstərməyə hazırlaşır. Almaniyanın xarici işlər naziri Heiko Maas artıq Ankaraya səfər edib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsselə səfər edəcək. Avropa Şurasının sədri Şarl Mişel və AB Komissiyasının sədri Ursula van der Leyen birlikdə Türkiyəyə gələcəklər. Marta qədər davam edəcək bu “yoğun siyasi trafik”dən sonra təşkilat Türkiyə siyasətini dəqiqləşdirəcək.
Bir sıra ekspert proqnoz verir ki, hansısa səviyyədə sanksiyalar olacaq.
Lakin ümumi səviyyədə Avropa ilə Türkiyə arasındakı münasibətlər Türkiyənin timsalında yüksələn yeni güclə Avropa İttifaqının əməkdaşlıq modeli axtarışından söhbət gedir.
Türkiyə hansısa böyük gücün yanında durub ikincidərəcəli rol oynamaq niyyətində olmayan dövlət olduğunu Avropaya da qəbul etdirdi. İndi Amerika da, Avropa da buna inanırlar. Vaşinqtonun Avropaya Türkiyə ilə münasibətlərə konkretlik gətirməklə bağlı müraciətinin arxa pərdəsində bu məqam dayanır. ABŞ və Avropa ekspertləri həmin məqamdan açıq bəhs edirlər.
Türkiyə Prezidenti də bir neçə gün öncə demişdi ki, Türkiyənin yüksələn gücünə qarşı durmağın mənasız olduğunu anladılar.
“Hər nə etsələr də, tarixi ədalət öz sözünü deyir”!
“Habertürk.com”-da hörmətli Muharrem Sarıkayanın yazdığı kimi, “Avropa-Türkiyə münasibətləri üçün yeni bir yol xəritəsi hazırlanır”, “yeni bir dəmir xətt döşənir”. “Bu yol Türkiyəni hara aparacaq?” son sual deyil.
Çünki “yol gedən” üçün hədəf aydındır: “İki qardaş” supergüc zirvəsinə yüksəlməkdədir!
Füzuli Qurbanov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:30 / 20.01.2021
Makronun vida məktubu: “Dəyərli Ərdoğan...”
Hazırda oxunan: Makronun vida məktubu: “Dəyərli Ərdoğan...”
Hazırda oxunan: Makronun vida məktubu: “Dəyərli Ərdoğan...”
9034
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.