Qazaxıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Hazırda oxunan: Qazaxıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

90257

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Şəhidlər xiyabanını ziyarət edib.

Bizim.Media xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Kasım-Jomart Tokayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
Qazaxıstan Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
 

MÖVZU İLƏ BAĞLI:

“Mən Bakıya xüsusi missiya ilə gəlmişəm” - Tokayev


​​​​​​​Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin