Ermənilər Qazaxın işğalda olan kəndlərini nə vaxt qaytaracaq? – Politoloqdan açıqlama

Hazırda oxunan: Ermənilər Qazaxın işğalda olan kəndlərini nə vaxt qaytaracaq? – Politoloqdan açıqlama

9013

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları təkcə Dağlıq Qarabağla məhdudlaşmır. Ermənilər Dağlıq Qarabağ və ətraf yeddi rayondan başqa, bəzi torpaqlarımızı da zəbt edib öz əraziləri kimi qələmə veriblər.

Bununla bağlı Qazaxın Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri, Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndinin adlarını çəkə bilərik.

Bəs, Ermənistan bu əraziləri Azərbaycana nə zaman və hansı şərtlər altında qaytaracaq? Hazırda proses hansı mərhələdədir?

 

MÖVZU İLƏ BAĞLI:

Qazaxın kəndləri bu tarixdə geri qaytarılacaq - Ərdoğandan açıqlama

 

Politoloq Cümşüd Nuriyev Bizim.Media-ya açıqlamasında bildirib ki, ermənilər anklav sayılan bu əraziləri öz torpaqları kimi qələmə verib.

Onun sözlərinə görə, məsələ müzakirə mövzusudur və tezliklə öz həllini tapacaq.

“Ruslar bu kəndlərin qaytarılması məsələsini ört-basdır etməyə çalışdılar, lakin bu, mümkünsüzdür. Sonradan ermənilər anklav əraziləri hansısa torpaqlarla əvəzləməyi təklif etdilər. Onlar onsuz da bizim dövlət sərhədlərimizi pozub, Qubadlının Şurnuxu kəndini zəbt etmişdilər".

"Köhnə Sovet sərhəddinə görə, o kəndlər Azərbaycana aiddir. Məqsədləri isə bu ərazini sona qədər işğal altında saxlamaq idi. Azərbaycan heç vaxt öz iddiasından geri durmayıb. Hazırda Azərbaycan və Ermənistan sərhədlərinin demarkasiyası başa çatmayıb. Bölgü Qazax tərəfə keçdikdə, bu məsələ yenidən gündəmə gələcək. Nə olursa olsun, ermənilər bu torpaqları qaytarmalıdır. Onların başqa çarələri yoxdur”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin