Prezident İlham Əliyev “Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında” sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, sərəncama əsasən, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançılar, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 10 milyon manat vəsait ayrılıb.
Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı 15 gün müddətində hazırlayıb təsdiq etməlidir.
Həmçinin, hər bir idmançı üçün ayrılmış vəsaitin həmin sərəncamda nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etməlidir.
Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:57 / 22.08.2022
Prezident İslamiadada mükafat qazanan idmançılara 10 MİLYON AYIRDI
Hazırda oxunan: Prezident İslamiadada mükafat qazanan idmançılara 10 MİLYON AYIRDI
Hazırda oxunan: Prezident İslamiadada mükafat qazanan idmançılara 10 MİLYON AYIRDI
89881
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.