Azərbaycanın apardığı balanslı siyasətdə nəin ki, region ölkələri, ümumilikdə bütün dünya ilə sülh və gələcəyə hesablanan iqtisadi əlaqələr əsas meyar kimi qəbul edilir.
Lakin rəsmi Bakının yeni reallıqlarını qəbul etmək istəməyənlər də kifayət qədərdir. Sözügedən reallıqları qəbul etmək istəməyən bəzi qonşularımız Azərbaycanın irəli sürdüyü iqtisadi yol xəritələrindən qazanclı çıxacaqları təqdirdə atdıqları addımlar düşünməyə vadar edir.
Bu reallıqlardan açıq şəkildə narazılığını bildirən İran İslam Respublikası da var.
30 il Azərbaycan torpaqları işğal altında olanda sərhəd toxunulmazlığını "qırmızı xətt" adlandırmayan İran indi bəyan edir ki, sərhədlərin dəyişdirilməsi onun üçün "qırmızı xətdir".
Əslində burada anlaşılmayan elə bir mürəkkəb məsələ də yoxdur, tarix boyu İranın Azərbaycana qarşı münasibəti birmənalı olmayıb.
Bunun da ciddi səbəbləri var, əsas amil bu ölkənin əhali tərkibinin 40-45 faizini Azərbaycan türklərinin təşkil etməsidir. Bu ölkənin dövlətçilik tarixinin də məhz türklərin üzərində bərqərar olduğu danılmaz tarixi faktdır.
Ona görə də Tehran hər zaman savaşa hazır bir formada gözləyir. Sərhəddə Azərbaycana qarşı tuşlanan hərbi texnikalar və Ermənistana açıq dəstəyi müharibə atmosferindən xəbər verir.
Lakin bu məqamda da xeyli ehtiyatlı davranmaq məcburiyyətindir, çünki o tayda azadlığa susamış 40 milyon Azərbaycanlı türkü var.
İranlı siyasi şərhçi Rza Talibi Bizim.Media-ya açıqlaması zamanı qeyd edib ki, İran Azərbaycanla müharibə etmək üçün gücsüzdür və Qafqazda belə bir addım atarsa, bu İranın sonu ola bilər:
MÖVZU İLƏ BAĞLI:
İranın Ermənistana dənizə çıxış mesajı: Qonşunun planı nədir?
“Azərbaycan getdikcə Qafqazda güclənir. Qarabağ müharibəsindən sonra Azərbaycan göstərdi ki, iradəsi ilə torpaqlarını geri qaytara bilər. İran heç vaxt güclü Azərbaycan istəməyib. Biz bunu birinci və ikinci Qarabağ müharibəsində də gördük. İranın istəyi odur ki, İrana bağlı və şiə konsepsiyasında bir azərbaycan olsun.
İran Azərbaycanı hər zaman təsiri altında qalmasını istəyib. Elə buna görə də Ermənistana hər zaman dəstək verib. İran içərisində də Azərbaycanlıların olması İranı narahat edir. Zəngəzur dəhlizinin açılmasına da buna görə maneə olur. Düşünür ki, dəhliz açılacağı zaman Azərbaycan daha da güclənəcək”.
Rza Talibi qeyd edib ki, Zəngəzur dəhlizində maraqlı olan tərəflərə baxdığımızda görürük ki, Hindistan və Çin də Ermənistana güvənsiz yanaşırlar. Ona görə, dəhlizin Bakıdan keçməsində maraqlıdırlar:
“Zəngəzur dəhlizi Türkiyənin də regionda nüfuzunu artıracaq. İran bunu istəmir. İranın hazırda sosial-iqtisadi zəifliyinə, sanksiyalarla üz-üzə qaldığına görə deyə bilərəm ki, Azərbaycanla müharibə edəcək gücdə deyil. İran Azərbaycana müharibə elan etsə, bunun içərisindən çıxa bilməz. Təlimlərlə Azərbaycanın gözünü qorxutmağa çalışır. İraqdakı, Suriyadakı problemlərini həll edə bilməyən İran əslində gücsüzdür”, - deyə Rza Talibi əlavə edib.
Tehran, Bizim.Media