Azərbaycan Ombudsmanı Beynəlxalq Terrorizm Qurbanlarının Anım Günü ilə əlaqədar bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:
“Beynəlxalq Terrorizm Qurbanlarının Anım Günü BMT Baş Assambleyasının 2017-ci il 19 dekabr tarixli qətnaməsinə əsasən təsis edilib və hər il 21 avqust tarixində dünyada qeyd olunur.
Bu günün əsas məqsədi terror qurbanlarına və ondan zərər çəkənlərə ehtiram göstərmək, onlara dəstək olmaq, hüquq və əsas azadlıqlarının qorunmasına və tam şəkildə həyata keçirilməsinə təkan verməkdir.
Ermənistanın etnik nifrət zəminində həyata keçirdiyi terror siyasətindən uzun müddət əziyyət çəkərək çoxsaylı insan tələfatları vermiş bir ölkənin Ombudsmanı olaraq, terrorizmin bütün formalarını qətiyyətlə pisləyir, terror qurbanlarının xatirəsini ehtiramla yad edir və dünya ictimaiyyətini terrorizmə qarşı birgə mübarizədə fəal olmağa çağırırıq!”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:25 / 21.08.2022
“Azərbaycan uzun müddət Ermənistanın terror siyasətindən əziyyət çəkib” - Ombudsman
Hazırda oxunan: “Azərbaycan uzun müddət Ermənistanın terror siyasətindən əziyyət çəkib” - Ombudsman
Hazırda oxunan: “Azərbaycan uzun müddət Ermənistanın terror siyasətindən əziyyət çəkib” - Ombudsman
89654
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.